“Keşlə” Futbol Klubu yeni mövsüm üçün ikinci transferini həyata keçirib.
Oxu.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi Şəhriyar Əliyev yeni mövsümdən etibarən qəsəbə komandasının şərəfini qoruyacaq.
“Bakı”, “Qarabağ” və “Kəpəz”də oynamış futbolçunun son klubu “Sumqayıt” olub. Onun “Sumqayıt”dan ayrılacağı ilə bağlı dünən xəbərlər yayılmışdı.
Qeyd edək ki, Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” daha əvvəl “Neftçi”dən Tural Axundovla anlaşıb, Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev, Vüsal İsgəndərli və monteneqrolu Miyuşko Boyoviçlə müqavilə müddətini uzadıb.
Komandanı Cabir Əmirli, Ruslan Qurbanov və kapitanı Slavik Alxasov tərk edib.