Qazaxıstan millisi DÇ-2026-ya vəsiqə şansını itirib.
Oxu.Az xəbər verir ki, yeddi turdan sonra Qazaxıstan yığması 7 xalla J qrupunda 4-cü yerdədir. Qrupun liderləri isə Belçika (14) və Şimali Makedoniyadır (13).
Seçmə mərhələ ərzində Qazaxıstan iki dəfə Lixtenşteyni məğlub edib (0:2 və 4:0), Şimali Makedoniya (1:1) ilə səfərdə heç-heçə edib, lakin ev matçında uduzub (0:1). Komanda həmçinin iki dəfə Uelsə (0:1, 3:1) və Belçikaya (0:6) məğlub olub. Son seçmə oyunda Qazaxıstan noyabrın 15-də Belçikanı qəbul edəcək.