"Yuventus" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını bərpa edir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı futbolçu Qazaxıstan təmsilçisi "Aktöbe" ilə bir illik müqavilə imzalayacaq.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Mançester Yunayted" və Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Naninin də "Aktöbe"nin formasını geyinəcəyi ilə bağlı xəbərlər yayılıb. Hər iki oyunçu yerli liqanın tarixində ən yüksək maaş alacaq.
Mənbənin məlumatına görə, "Aktöbe" klubu, həmçinin Tomas Müllerlə də maraqlanır. 36 yaşlı alman futbolçu ilə 2026-cı ilin yayına qədər davam edəcək bir müqavilə üzrə, demək olar ki, razılıq əldə olunmuşdu, amma o, Qazaxıstan Premyer Liqasında süni örtüklü meydançalarda oynayacağını öyrəndikdən sonra fikrini dəyişib.