Kəşmirin Pakistanın nəzarətində olan hissəsində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat verilib.
Məlumata görə, zəlzələnin episentri 700 000 nəfərin yaşadığı Battaqram şəhərindən 268 kilometr şimal-şərqdə yerləşib. Ocağı 31 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.