Bakıda “Bakcell Arena”da Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qəbələ” və “Apollon” arasında cavab qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, oyun komandamızın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 80-ci dəqiqədə penaltidən Cavid Hüseynov vurub.
Xatırladaq ki, Kiprdə keçirilən ilk oyun 1:1 hesabı ilə bitmişdir.
Beləliklə iki oyunun nəticəsinə görə, “Qəbələ” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
F.H.
www.oxu.az