Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” Gürcüstanın “Dinamo” klubunu qəbul edib.
Oyun komandımızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 88-ci dəqiqədə Serqey Zenev hesabı açıb, hakimin əlavə etdiyi dəqiqələrdə isə Aleksey Antonov oyunda son nöqtəni qoyub.
Xatırladaq ki, Gürcüstanda keçirilən ilk oyunda “Dinamo” 2:1 hesabı ilə qələbə qazanmışdı.
Beləliklə iki oyunun nəticəsinə görə, Qəbələ növbəti mərhələyə adlayıb. Burada Roman Qriqorçukun yetirmələri “Domjale” (Sloveniya) - “Çukariçki” (Serbiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.