Bakıda Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “İnter” və “Laçi” (Albaniya) arasında cavab qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, oyun 0:0 hesabı ilə bitib.
Albaniyada keçirilən ilk görüş 1:1 hesablı bərabərlik ilə bitdiyindən, təmsilçimiz səfərdə vurduğu qol sayəsində növbəti mərhələyə qadlayıb.
Bu mərhələdə “İnter “SJK” (Finlandiya) - “Hafnarfjordur” (İslandiya) cütlüyünün qalibi ilə qarşılaşacaq.