Alimlər qatil heyvanların siyahısını tədqiq ediblər. Bunun üçün onlar bütün dünyada insan ölümləri statistikasını analiz ediblər.
Oxu.Az xəbər verir ki, yayılmış fikrin əksinə olaraq bu siyahıda başda akula və timsahlar deyil, ağcaqanadlar gəlir. Bu siyahıda yırtıcıların heç biri ön pillələrdə yer almır. İldə orta hesabla on adam öldürən akulalar 15-ci yerdədir. Canavarların qurbanlarının da sayı o qədərdir.
İldə 100 adam aslanlar və fillərin, 500 - hipopotamların, 1000 - timsahların, 2000 - helmintlərin, 9000 - tsetse milçəklərinin (yuxu xəstəliyinin ötürücüləri) qurbanı olur. Quduz itlərin qurbanları ildə 40 000 nəfər olur. İlan sancmalarından ildə 50 000 nəfər ölür. Qəribədir ki, reytinqə insan da daxil edilib, insan ildə 475 000 adam öldürür.
Birinci yeri isə malyariya kimi xəstəliyin ötürücüsü olan ağcaqanadlar tutur. Bu xəstəlik ildə 750 000 insan həyatını aparır. Beləliklə, malyariya ağcaqanadı dünyada ən təhlükəli heyvan hesab edilir.