Premyerliqada məğlubiyyət ardınca məğlubiyyət yaşayan “Qəbələ” öz sıralarını möhkəmləndirməyə davam edir.
Oxu.Az xəbər verir ki, sol cinah müdafiəçisi Rikardo Ferreyra da Silva və ya sadəcə Rikardinyo komandanın tərkibinə qatılıb. 30 yaşlı futbolçu ilə 5 aylıq müqavilə imzalanıb.
Rikardinyo karyerasına Braziliyanın “Koritibe”sində başlayıb, 2009-cu ildə isə İsveçin “Malma”sına keçib. Keçən mövsümdə isveçlər Çempionlar liqasının qrup turnirinə keçiblər, orada İspaniyanın “Atletiko”su, italyanların “Yuventus”u və yunanların “Olimpiakos”u ilə bir qrupa düşüblər. Altı matçdan beşində Rikardinyo iştirak edib.
Braziliyalı “Qəbələ”nin tərkibində birinci oyununu keçirib. Dünən o, “Qəbələ”nin əsas komandası və gənclərdən ibarət (U-19) komandası arasında keçirilən matçda iştirak edib. 3:0 hesabı ilə əsas komanda qalib gəlib.
Hələlik isə Rikardinyonun “Malma”nın tərkibində oyununun videosunu təqdim edirik:
F.H.
www.oxu.az