Misli Premyer Liqasının V turunda "Sabah" "Turan Tovuz"u məğlub edib.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Qolları Velko Simiç (56) və Pavol Şafranko( 90+7-pen) vurublar.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib.
V tura sabah yekun vurulacaq.
Misli Premyer Liqasının V turunun növbəti oyununda "Kəpəz" səfərdə "Qəbələ" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda ev sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Qolları Adriel Ba Loula (44) və Prins Ovusu (59, 67) vurublar.
Bu oyundan sonra "Qəbələ" xallarının sayını 4-ə çatdırıb. "Kəpəz" isə xalsızdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.
Misli Premyer Liqasında V tur davam edir.
Oxu.Az xəbər verir ki, 2-ci oyun gününə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda "Qəbələ" öz meydanında "Kəpəz"lə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
Daha sonra isə "Sabah" "Turan Tovuz"la üz-üzə gələcək. Bu matç saat 19:30-da start götürəcək.
20 sentyabr
17:00. "Qəbələ" - "Kəpəz"
Qəbələ şəhər stadionu
19:30. "Sabah" - "Turan Tovuz"
"Bank Respublika Arena"