Azərbaycan Premyer Liqasında XIII turun oyunlarına start verilib.
Oxu.Az-ın xəbərinə görə, turun açılış matçında Gəncədə yerli “Kəpəz” komandası “Qəbələ”ni qəbul edib.
Qarşılaşma qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində Baqali Dabo (1, 54) və Famussa Kone (40, 78) dubla imza atıblar. Hərəyə bir dəfə isə Stiven Jozef-Monroz (14) və Ruslan Qurbanov (65) fərqləniblər.
“Kəpəz”in təsəlli qolunu 56-cı dəqiqədə Kərim Diniyev vurub.
S.B.
www.oxu.az