Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.
Oxu.Az Hurriyet nəşrinə istinadən xəbər verir ki, bu rəqəmi prokurorluq açıqlayıb.
Ölənlərin 27-si uşaqdır.
Terror zamanı 109 nəfərin xəsarət aldığı bildirilir.
***
24.11.2017 19:28
Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.
Oxu.Az-ın məlumatına görə, ölənlərin sayı 235-ə yüksəlib.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.
Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb.
***
18:26
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər.
***
17:46
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb, 120 insan xəsarət alıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə "CBC Extra" telekanalı xəbər verir.
Şimali Sinayın bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.
***
16:58
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb, 80 insan xəsarət alıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə "Sky News Arabia" xəbər verir.
16:03
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə "Sky News Arabia" xəbər verir.
***
15:57
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində 50 nəfərə yaxın insan ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sky News Arabia" telekanalı məlumat verir.
Hücumun cümə namazı vaxtı baş verdiyi bildirilir. Ölənlərin əksəriyyəti dinc əhalidir.
Məlumata əsasən, terrorçular əvvəlcə namaz qılanların arasında partlayıcı qurğunu işə salıblar, sonra isə onlara atəş açıblar.
N.О.