Bakıda “Baksell Arena” stadionunda “Qəbələ” (Azərbaycan) və “Çukariçki” (Serbiya) arasında Avropa Liqasının ikinici təsnifat mərhəlisinin cavab oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, oyun “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə bitib. 39-cu dəqiqədə Serqey Zenev hesabı açıb, 53-də isə S.Zenev dubla imza ataraq “Qəbələ”ni növbəti mərhələyə çıxarıb.
Xatırladaq ki, ilk oyunda “Çukariçki” 1:0 hesabı ilə qələbə qazanmışdı. Beləliklə iki oyunun nəticəsinə görə, “Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsinə çıxıb.