Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son oyunu Qəbələdə keçirilib.
Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edib.
Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Üçüncü dəqiqədə meydan sahiblərindən Asif Məmmədov hesabı açıb. 28-ci dəqiqədə isə Ağabala Ramazanov bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə qonaq komandadan Hacıağa Hacılı kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” evdə “Səbail”ə 2:1, “Qarabağ” “Sabah”a 2:0, “Keşlə” isə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.