Azərbaycanlı karateçi Şəfaqət Zeynallı dünya çempionu olub.
Oxu.Az xəbər verir ki, Polşada keçirilən ənənəvi karate üslubu - fudokan üzrə 10-cu dünya çempionatında Şəfaqət Zeynallı böyük uğura imza atıb.
O, çempionatda çıxışı ilə seçilərək birinci yerin sahibi olub və qızıl medalla təltif edilib.