Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının silahlı qrupları hipersəs ballistik raketdən istifadə edərək Təl-Əvivdəki Ben Qurion hava limanına hücum edib.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
Qeyd edək ki, raket zərbəsi təhlükəsi ilə əlaqədar Təl-Əviv də daxil olmaqla, İsrailin mərkəzi hissəsində hava hücumu sirenləri səslənib.