Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qəzzadakı əməliyyatı dəstəkləyən israilli futbolçu Türkiyəni tərk edib - YENİLƏNİB + FOTO
Qəzzadakı əməliyyatı dəstəkləyən, Türkiyənin “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Saqiv Yehezkel Türkiyəni tərk edib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Ərlikaya “X” sosial şəbəkəsində məlumat verib.
“Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Yehezkel saat 17:15 etibarilə ölkəmizi tərk edib. Bir daha bildirmək istərdim ki, Türkiyə hər zaman bütün məzlum insanları və Fələstin xalqını dəstəkləyir”, - deyə siyasətçi yazıb.
Antalyaspor'un İsrailli futbolcusu Sagiv Jehezkel, Saat 17.15 itibarıyla ülkemizden ayrılmıştır.
— Ali Yerlikaya (@AliYerlikaya) January 15, 2024
Bir kez daha belirtmek isterim ki; Türkiye her zaman tüm mazlumların ve Filistin halkının yanındadır.
13:44
Türkiyədə bilək sarğısına yazılan ifadələrlə İsrailə dəstək verən və bu səbəbdən saxlanılan “Antalyaspor”un israilli futbolçusu Saqiv Jehezkel sərbəst buraxılıb.
Futbolçu tərcüməçi vasitəsilə verdiyi ifadədə müharibə tərəfdarı olmadığını bildirib.
“Məqsədim kimisə qıcıqlandırmaq və ya təhrik etmək deyildi. Mən müharibə tərəfdarı deyiləm. Qəzzada əsir düşən İsrail əsgərləri də var. Mən bu 100 günlük müddətin artıq sona çatmasının zəruri olduğunu düşünürəm. Müharibənin bitməsini istəyirəm. Bu səbəbdən də o işarəni göstərdim. Siyasətlə heç bir əlaqəsi olmayan insanam. Gələndən bu günə qədər siyasətlə bağlı heç bir iş görməmişəm və heç kimə də hörmətsizlik etməmişəm. Diqqət çəkmək istədiyim məqam müharibənin bitməsi idi”, - deyə Saqiv Jehezkel qeyd edib.
Futbolçu polis bölməsindəki prosedurlardan sonra sərbəst buraxılıb və azadlıqda qalmaq şərtilə istintaq prosesi davam etdirilir.
Mənbə: Haber Global
12:06
Türkiyənin “Antalyaspor” futbol klubunun israilli futbolçusu Saqiv Jehezkel saxlanılıb.
“Antalyaspor”-“Trabzonspor” matçında qol vurduqdan sonra etdiyi əl hərəkətinə görə heyətdən kənarlaşdırılan futbolçu nəzarətə götürülüb.
Superliqanın 20-ci həftəsində komandasının qolunu vuran 28 yaşlı cinah oyunçusu qol sevincini qeyd edərkən qolundakı sarğıda olan yazıları ekranlara göstərib. Yazıda İsrail-Fələstin qarşıdurmasının başlanma tarixi olan “7 oktyabr, 100-cü gün” və İsrail bayrağını simvolizə edən işarələr olub.
İstintaq çərçivəsində israilli futbolçuya qarşı “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək” maddəsi üzrə ittiham qaldırılıb.
“Antalyaspor” klubunun sədr müavini və mətbuat katibi Evren Alkan Saqiv Jehezkelin onlardan xəbərsiz belə bir hərəkət etdiyini və heyətdən kənarlaşdırılmaqla yanaşı müqaviləsinin də ən qısa zamanda ləğv ediləcəyini bildirib.
Türkiyə Futbol Federasiyası da futbolçunu qınayıb və heyətdən kənarlaşdırmasını məqsədəuyğun hesab etdiyini nəzərə çatdırıb.
Mənbə: Haber Global
"Fələstin" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
Rəylər