Qırğızıstanın "Abdış-Ata" klubu azərbaycanlı futbolçular İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Qırğızıstan Premyer Liqasında mövsümə yekun vurulduqdan sonra, "Abdış-Ata" komandası hər iki oyunçu ilə yola davam etməmək qərarına gəlib.
Qeyd edək ki, İlkin Muradov və Mirabdulla Abbasov iyul ayında "Abdış-Ata" ilə mövsümün sonunadək müqavilə imzalamışdılar.