Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən daha birinin nəşi tapılıb.
Oxu.Az "A Haber"ə istinadən xəbər verir ki, onuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.
"On səkkiz nəfərin nəşi tapılıb, daha iki nəfərin meyitlərinin axtarışları davam etdirilir".
Oxu.Az xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" yük təyyarəsinin qəzaya uğradığı ərazidə jurnalistlərə bildirib.
"Hadisə yerində Türkiyə Daxili İşlər Nazirliyi ilə koordinasiya edirik. Bu prosesdə türk həmkarlarımız da iştirakçıdırlar, birgə səylərimiz davam etdiririk".
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.