2019-cu “Qızıl top” mükafatını Argentina millisinin və “Barselona”nın kapitanı Lionel Messi alacaq.
“Transfermarkt” xəbər verir ki, mükafatla bağlı səsvermə noyabrın 9-da başa çatıb.
Artıq portal argentinalının mükafatlarının yenilənmiş statistikasını da təqdim edib. Siyahıda “Qızıl top” – 2019 mükafatı da göstərilib. Bununla da Lionel messi Kriştianu Ronaldunu bu göstəricidə keçərək altıncı dəfə bu mükafatın sahibi olacaq.
Qeyd edək ki, “France Football” nəşrinin təşkil etdiyi mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.