Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qoran Sabliç: "Qarabağ" daha texnikalı futbol oynayır
Moldova çempionu “Şerif”in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, o bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
“Qarabağ” çox yaxşı, güclü komandadır. Topla yaxşı davranır, hücum futbolu oynamağı sevir. Bu komanda Avropada özünü parlaq göstərdi. Buna görə bizə sabah çətin olacaq.
Bizə gəlincə, komandada hər şey normaldır, zədəli yoxdur. Son məşqdən sonra matç üçün heyəti müəyyənləşdirəcəyik. Başa düşürük ki, sabahkı matçda taktiki planda kompromisə getməliyik. İki gün əvvəl ağır qarşılaşmamız oldu. Qalib gəldiyimiz həmin matçda başqa cür oynamağı bacardığımızı da göstərdik. Sabah da yaxşı nəticə əldə etməyə çalışacağıq. Komandamızda atmosfer yaxşıdır.
Əks-hücumlarda hərəkət edəcəyik. Müdafiədə çox yaxşı oynamalıyıq. Rəqibin heyətində çox texnikalı və sürətli, topla yaxşı davranan futbolçular var. Ancaq hər komandada zəif tərəflər də var. Buna görə də onlardan istifadə etmək üçün ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq. Əlbəttə, çətin olacaq. Ən yaxşı futbolumuzu nümayiş etdirsək, onda qrup mərhələsinə düşmək şansımız var. Sabah meydanda tam gücümüzü qoyacağıq.
“Qarabağ” daha mövqeli və texnikalı futbol oynayır. İki müxtəlif fəlsəfəyə malik komanda qarşılaşır. Hər komandanın şansı var. Əvvəlcə evdə oynayırıq, buna görə azarkeşlərin dəstəyinə ümid edirik. Çalışacağıq ki, ən yaxşı oyunumuzu göstərək və bizə irəliləməyə imkan verəcək nəticəni qazanaq”.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər