İspaniya çempionatının 26-cı turu çərçivəsində keçiriləcək “Qranada” - “Valensiya” matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu barədə La Liqa məlumat yayıb.
Buna səbəb axşam saatlarında Valensiyada baş vermiş güclü yanğın olub. Oyunun təxirə salınmasını şəhərin eyniadlı klubunun nümayəndələri istəyiblər.
Yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb, 20 nəfər itkin düşüb. Bu, Valensiyanın tarixində ən böyük yanğın hadisədir.
Qeyd edək ki, “Qranada” - “Valensiya” matçı bu gün saat 17:00-da keçirilməliydi.
Rəylər