Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda üç rayona polis rəisləri təyin edildilər
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
“Qafqazinfo” xəbər verir ki, imzalanmış müvafiq əmrlə Nərimanov Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini polis polkovniki Hikmət Vəliyev vəzifədən azad edilib.
O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şəmşir Kazımov isə müvafiq əmrlə Göygölün polis rəisi təyin olunub.
"Göygöl" teqi üzrə xəbərlər
- Göygölə insan axını durmadan artır: Təbiət möcüzəsindən SON GÖRÜNTÜLƏR
- Göygöldə maşın qadınları vurdu: Ölən var
- Mahnı sifarişinə görə toyda döyülən kişi xəstəxanada öldü
- Göygöldə qayınata ilə kürəkən arasında münaqişə: Bıçaqlananlar var
- AQTA: "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir"
Ən çox oxunanlar
Rəylər