Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qurban Qurbanov acı məğlubiyyətdən danışdı
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Kosovoya böyük hesablı məğlubiyyəti şərh edib.
Oxu.Az-ın xəbərinə görə, baş məşqçi ilk növbədə Kosovo millisini qələbə münasibətilə təbrik edib:
“Mən rəqibin güclü olduğunu bilirdim. Buraya qələbə üçün gəlmişdik. İlk dəqiqələrdə buraxdığımız qol futbolçular üçün zərbə oldu”, - Q.Qurbanov bildirib.
Baş məşqçi qeyd edib ki, futbolçuları tənqid etmək fikri yoxdur.
“Biz birlikdə çətin yol keçmişik. Hamı qələbə istəyirdi. Lakin bu gün biz rəqibin əsl gücünü gördük. Məğlubiyyəti heç nə ilə bağlamaq istəmirəm. Kosovo bizdən güclü idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur”, - deyə o bildirib.
Azərbaycan millisinin gələcəyindən danışan Q.Qurbanov qeyd edib ki, ölkə çempionatını və oyunçuların potensialını gücləndirmək lazımdır:
“İndi bizi nə gözlədiyini demək çətindir. Bu suala bir müddət sonra cavab vermək mümkün olacaq”.
Rəylər