Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qurban Qurbanov "Barselona"nın idman direktoru ilə görüşüb
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın "Barselona" klubunun düşərgəsində olub.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas və B komandaları, həm də aşağı yaş komandalarının - U-19, U-15 və U-10-un məşqlərini izləyib.
Q.Qurbanov "Barselona"nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb. Flik komandamızın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən "Barselona"nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə "Barselona"nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- Klublarımızdan avrokubok gözləntiləri
- I Liqaya vəsiqə qazanan "Şəfa"nın baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçib
- "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmə ehtimalı açıqlandı
- Qurban Qurbanov: "Futbolçularımız finalda yaxşı oynadılar"
- Qurban Qurbanov: "Sabah" beşinci yeri tutmağa layiq deyildi"