Azərbaycanın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov iki gündür ki, İspaniyada "Barselona" klubunun düşərgəsindədir.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın təcrübəli çalışdırıcısı "kataloniyalılar"ın məşqlərinə qatılır, həmçinin "Barselona"nın baş məşqçisi Hans-Diter Fliklə görüşür.
Qeyd edək ki, Qurban Qurbanov Misli Premyer Liqasının XXXVI turunda "Şamaxı"ya qarşı keçirəcəkləri oyunadək Azərbaycana qayıdacaq.