“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ona həsr edilən “Stadionlar səssiz olanda” filmi haqqında fikir bildirib.
“Qafqazinfo” xəbər verir ki, filmin təqdimatından sonra təcrübəli məşqçi karyerasında böyük rolu olan qardaşı barədə danışıb.
O, filmdə də haqqında çox bəhs edilən qardaşı Musa Qurbanovdan danışarkən göz yaşlarını saxlaya bilməyib.
Qurban Qurbanov filminin təqdimatında göz yaşlarını saxlaya bilmədi - YENİLƏNİB + FOTO/VİDEO
21:28
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən “Stadionlar səssiz olanda” filminin təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində baş tutub.
Tədbirdə bir sıra tanınmış simalar iştirak ediblər.
Filmdə Qurban Qurbanovun həyatından, uşaqlıq illərində futbola sevgisindən bəhs edilib. Onun məşqçilik karyerasındakı uğurları barədə kadrlar yer alıb.
Rəylər