İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan QHT-lərinin forumu bədii hissə ilə yekunlaşıb.
“Report” xəbər verir ki, Füzulidə forumun yekun hissəsində təşkil olunan konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri ifa ediblər.
Həmçinin milli rəqslər nümayiş olunub.
Bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Özbəkistan-Azərbaycan milli şirniyyatları ilə çay süfrəsi təşkil edilib.
19:37
Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunda “İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri keçirilib.
“Report” xəbər verir ki, panel müzakirələrində Özbəkistan Respublikasının Ali Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Xusanov Otabek Nişonoviç, Demokratik Proseslərin Təhlili Mərkəzinin direktoru Pərdayev Azamat Kenzhaboeviç, “Yüksəliş” Milli Hərəkatının sədri Bekmurodov Bobur Mansuroviç, Qadın və Qızlar Birliyinin sədri Mirodilova Nəsibə Kodladı, Özbəkistan Könüllülər Birliyinin rəhbəri Abidova Şirin Rəhimjanovna, Özbəkistan Əlillər Cəmiyyətinin rəhbəri Abdullayev Kamil Kadamoviç fəaliyyət sahələrinə dair təqdimatlar ediblər.
Panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.
Panelin moderatoru Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov olub.














12:58
Füzuli şəhərində Azərbaycan və Özbəkistan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilir.
“Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Forumda Azərbaycan və Özbəkistandan olan deputatlar, şairlər, ictimai xadimlər və media nümayəndələri iştirak edirlər.



