Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov istefa verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qərar AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı keçirdiyi iclasında açıqlanıb.
“Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı.Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.
Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”, - deyə Q.Qurbanov bildirib.
11:07
Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, iclasda millimizin son bir ildəki fəaliyyəti müzakirə olunacaq.
İclasda millinin baş məşqçisi Qurban Qurbanovun istefaya göndəriləcəyi gözlənilir. Yeni baş məşqçinin adına gələn ilin əvvəllərində aydınlıq gələcəyi bildirilir.
Həmçinin 21 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqovun da istefa verəcəyi barədə məlumat var.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər