"Mən bilet satışı barədə məlumatsızam".
Oxu.Az xəbər verir ki, bunu 'Qarabağ" - "Çelsi" oyunundan əvvəl mətbuat konfransında jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bu barədə "Qarabağ" - "Çelsi" oyununun bilet satışında yaranan problemlə bağlı suala cavabında qeyd edib:
"Həm klub tərəfindən, həm bəzi orqanlar tərəfindən hər şeyə nəzarət olunur. Bu məsələ barədə məlumatsızam".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Murad Nəsimi