Nəinki ölkə əhəmiyyətli, bütövlükdə Cənubi Qafqazın füsunkar memarlıq abidəsi olan Şuşa qalasının əsası 1752-ci ildə I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulub.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bir çox fraqmentləri günümüzə qədər gəlib çatan qala uzun illər Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə etmək məqsədi daşıyıb.
1795-ci ildə Qacarlar dövlətinin şahı Ağa Məhəmməd şah Qacar 80 minlik ordu ilə şəhəri 1 ay mühasirədə saxlamasına baxmayaraq qala divarları sayəsində Şuşanı işğal edə bilməyib.
Şuşa qalası bu gün də öz təyinatına görə aktuallığını qoruyub saxlayır.
44 günlük Vətən müharibəsində qalanı dırmanaraq Şuşanı azad edən Azərbaycan əsgərləri sonradan düşmənin əks hücumunun qarşısını alarkən həm də bu qalaya sığınıblar.
Şuşa şəhəri işğal altında olduğu dövrdə qala dağıntılara məruz qalıb, şəhər azad edildikdən sonra isə böyük hissəsi bərpa edilib.
PhotoStock.az-ın əməkdaşları Qarabağın əzəmət simvolu olan Şuşa qalasından fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.az