“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Monako” ilə sabahkı oyunda komandasının iki həftə öncə oynadığından daha yaxşı oynayacağına ümid edir.
“Monako” qrup mərhələsində məğlub olmayıb. Biz rəqibi artıq yaxşı tanıyırıq.
Ümid edirəm ki, futbolçularımız daha məsuliyyətli oynayacaqlar. Oyunların cədvəlindəki mövcud sıxlıq ucbatından hazırlığa elə də çox vaxt olmayıb, amma yenə də oyuna optimal vəziyyətdə yaxınlaşmağa çalışmışıq,- Oxu.Az Qurban Qurbanovun sözlərindən sitat gətirir.
“Bizim sxem dəyişikliyə məruz qalmayacaq, amma tərkibdə dəyişikliklər mümkündür. Bu, Monakodakı oyundan fərqli oyun olacaq. Biz daha sürətli oyun gözləyirik.
İnanıram ki, sabah stadiona çoxlu azarkeş gələcək. Avropa Liqasındakı son matçlarımızda azarkeşlər həmişəkindən az idi, amma “Qarabağ”a maraq əvvəlki səviyyədə qalıb.
Matçdan öncəki təlimi Respublika stadionunun qazonunu korlamamaq üçün Suraxanıda keçiririk. Son aylar ərzində burada ilk dəfə normal qazon var”- baş məşqçi sözünü yekunlaşdırıb.
F.H.
www.oxu.az