Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qurban Qurbanov: "Sabahkı oyuna pis hazırlaşmamışıq"
"Rəqib maliyyə böhranı yaşamış olsa da, bunun oyununa təsir edəcəyini düşünmürəm".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının V turunun "Lion"la görüşündən öncə keçirilən mətbuat konfransında deyib.
"Lion"la görüşə pis hazırlaşmamışıq. Əsas heyətdə kimin olacağı demək olar ki, artıq bəllidir. Bəlkə bir və ya iki dəyişiklik edə bilərəm. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Sabaha kimi vaxtımız var və hazırlaşmağa çalışacağıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Böhran oldu-olmadı istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır".
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- "Qarabağ"ın yeddiilik seriyası qırılıb
- "Zirə" möhtəşəm geridönüşlə "Qarabağ"ı məğlub etdi
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"
- UEFA Avropa Liqasında sonuncu oyun üçün Yunanıstana yollanacaq "Qarabağ"ın səfər proqramı bəlli olub
Rəylər