AFFA İntizam Komitəsi aşağı yaş qruplarında baş verən hadisələrə də hüquqi qiymət verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, U-16 Liqasının “Neftçi” ilə matçının 75-ci dəqiqəsində “Əlincə”nin baş məşqçisi Vasif Haqverdiyev hakimlər briqadasını təhqir edib.
Federasiya buna görə baş məşqçiyə 5 oyunluq cəza verib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı cəzalanıb. O, aqressiv oyuna görə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzaya məhkum olub.
E.Ə.
www.oxu.az