Futbol üzrə Azərbaycan birinci divizionunun XVI turunun növbəti oyunu keçirilib.
Oxu.Az-ın xəbərinə görə, “Qarabağ-2” klubu öz meydanında “Şüvəlan”ı qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
“Qarabağ-2”nin heyətində hesabı 27-ci dəqiqədə İsmayıl İbrahimli açıb.
Daha sonra Qurban Qurbanovun oğlu Musa Qurbanlı dubl edib. M.Qurbanlı 59 və 72-ci dəqiqələrdə fərqlənib. Ona ilk qolun ötürməsini konqolu Dzon Delarj verib.
Qonaq komandanın təsəlli qoluna 77-ci dəqiqədə Azər İsmayılov imza atıb.
Qurban Qurbanovun oğlu dubl etdi - VİDEO
Rəylər