Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rafael Nadal karyerasını bitirəcəyini açıqladı
İspaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.
Bu barədə Oxu.Az Matchtv.ru-ya istinadən xəbər verir.
"Mən peşəkar tennisdən gedirəm. Reallıq budur ki, bu, çətin illər idi, xüsusən də son iki il. Mən düşünmürəm ki, məhdudiyyətsiz oynaya bilərdim. Aydındır ki, bu, çətin qərardır", - deyə Nadal öz sosial şəbəkə səhifəsində paylaşdığı videoda bildirib.
Nadalın sonuncu turniri noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək Devis Kubokunun "Səkkizlik finalı" olacaq.
Nadalın 38 yaşı var, "Böyük Dəbilqə" turnirlərinin 22 qat qalibi və ikiqat Olimpiya çempionudur.
"Rafael Nadal" teqi üzrə xəbərlər
Ən çox oxunanlar