Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Rafiq Hüseynov üçqat Avropa çempionu oldu
Bu gün Azərbaycanın yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz həlledici görüşdə Qela Bolkvadze (Gürcüstan) il' qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə Avropa çempionatının qızıl medalını qazanıb.
Murad Məmmədov (60 kq) bürünc medal uğrunda görüşdə rumıniyalı Rezvan Arnautu məğlub edib – 5:2.
Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastian Nadla bürünc medal üçün güləşib. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında Avropa çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb.
Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Kristupas Şleyva (Litva) olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 8-ci medalı qazandırıb.
"Macarıstan" teqi üzrə xəbərlər
- Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü
- Siyarto: "Ukraynanın dron hücumu Macarıstanın suverenliyinə hücumdur"
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Siyarto: "Trampın Zelenski ilə görüşü kimin sülh, kimin müharibə tərəfdarı olduğunu göstərdi"