"Real Madrid" klubu hazırkı baş məşqçi Alvaro Arbeloanı istefaya göndərə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Belə ki, "Real Madrid" rəhbərliyi komandaya uyğun olmadığını düşündükləri təqdirdə Alvaro Arbeloanın istefaya göndərilməsi ilə bağlı tərəddüd etmir. Kubokda məğlub olmaqlarına rəğmən rəhbərlik hesab edir ki, yekun qərar qəbul edilməzdən əvvəl Arbeloa daha bir matç şansı qazanıb.
"Kral klubu" ölkə kubokunun 1/8 finalında Sequndada (İspaniya ikinci liqası) çıxış edən "Albasete"yə 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Alvaro Arbeloa yanvarın 13-də "Real Madrid"in baş məşqçi postunda Xabi Alonsonu əvəzləyib.