"Fulhem" "Real Madrid"in hücumçusu Qonsalo Qarsiyanın transferi ilə bağlı danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Məlumata görə, danışıqlarda Alvaro Arbeloa fəal iştirak edir. Bildirilir ki, ispaniyalı mütəxəssis "Real Madrid"dən ayrıldıqdan sonra "Fulhem"in baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd olunur ki, madrid təmsilçisinin hazırkı baş məşqçisi Joze Mourinyo 22 yaşlı hücumçunun potensialını yüksək qiymətləndirsə də, növbəti mövsümdə ona əsas heyətdə müntəzəm oynamaq zəmanəti verə bilmir.
Qonsalo Qarsiya ötən mövsüm "Real Madrid"in heyətində keçirdiyi 39 oyunda 8 qola imza atıb.