"Real Madrid" hazırda İtaliya A Seriyasında "Komo"nun heyətində çıxış edən Niko Pazı heyətinə qaytarmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı gənc futbolçu ilə Madrid təmsilçisi arasında artıq razılıq əldə olunub. "Komo" futbolçunu 2026-cı ilin yayı transfer pəncərəsində klubdan göndərməyə razılıq verib.
Xatırladaq ki, "Real Madrid" argentinalı futbolçunu 2024-cü ilin yayında gerialış bəndi ilə altı milyon avro qarşılığında "Komo"ya satmışdı. Klub müqavilədəki gerialış bəndindən istifadə edərək gənc pleymeykeri geri qaytaracaq.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi bu mövsüm A Seriyasında meydana çıxdığı 12 matçda 5 qol və 4 məhsuldar ötürməyə imza atıb.