Argentinalı yarımmüdafiəçi Franko Mastantuono icarə əsasında "Real Madrid"dən "Fiorentina"ya keçib.
Oxu.Az bildirir ki, İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 18 yaşlı futbolçunun icarə müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Ötən mövsüm Mastantuono İspaniya çempionatında 23 oyuna çıxıb və bir qol vurub.
Argentinalı futbolçu 2025-ci ilin yayında "River Pleyt"dən "Real Madrid"ə keçmişdi. Transferin məbləği 63,2 milyon avro təşkil etmişdi. Bu keçid Argentina futbolu tarixinin ən bahalı transferi olub.
Qaynar xətt:
(055) 224 12 12