"Sumqayıt" futbol klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu vəzifə Filipe Kandiduya həvalə edilib. Onun baş məşqçi kimi son klubu ölkəsində "Pasuş Ferreyra" olub.
Qeyd edək ki, Filipe Kandidu futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq" və İspaniyanın "Real Madrid" komandalarında da çıxış edib.
Qaynar xətt:
(055) 224 12 12