İspaniyanın "Real Madrid" klubu almaniyalı müdafiəçi Antonio Rüdiger ilə müqaviləni uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə yeni müqavilənin müddəti gələn ilin iyuluna qədərdir.
Qeyd edək ki, 33 yaşı təcrübəli futbolçu 2022-ci ilin iyul ayından bəri "Real Madrid"də oynayır. O, ötən mövsüm komandanın heyətində müxtəlif yarışlarda 26 oyun keçirib və bir qol vurub. Müdafiəçi karyerası boyunca "Çelsi", "Roma" və "Ştutqart" kimi klublarda da çıxış edib. Hazırda o, ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatında (DÇ-2026) Almaniya millisinin heyətindədir.