"Qalatasaray" bu yay "Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardu Kamavinqanı transfer etmək istəyib.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 23 yaşlı futbolçu üçün təxminən 50 milyon avro ödəməyə hazır olub.
"Real Madrid" də Kamavinqanın satılması variantını nəzərdən keçirib və təklifləri dinləməyə hazır olub. Lakin fransalı futbolçu Madrid klubundan ayrılmaq istəməyib və komandada qalmaq qərarına gəlib. Bu səbəbdən tərəflər arasında danışıqlar davam etdirilməyib.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildə 31 milyon avro qarşılığında "Renn"dən "Real Madrid"ə keçib. Onun klubla müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.
