"Real Madrid"in ulduz hücumçusu Vinisius Juniorun İngiltərə Premyer Liqasına keçidi ilə bağlı şayiələr yayılır.
Oxu.Az "TGRT News"a istinadən xəbər verir ki, braziliyalı qanad oyunçusunun "Liverpul"a transfer ehtimalı vurğulanır.
Hələ "Real Madrid" ilə yeni müqavilə imzalamayan Vinisiusun "Liverpul" seçiminə müsbət yanaşdığı bildirilir.
Qeyd olunur ki, "Real Madrid" Vinisiusun transferi üçün təxminən 150 milyon avro transfer haqqı gözləyir, "Liverpul" isə təxminən 100 milyon avro təklif edir.