Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rəşad Rəsullu: "Yay Olimpiya Oyunlarına qatılacaq hər bir idmançımızın medal qazanacağına inanıram"
"Yay Olimpiya Oyunlarına qatılan doqquz idmançımızın hər birinin medal qazanacağına inanıram".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezident Rəşad Rəsullu mətbuat konfransında son 2 ildə görülən və gələcəkdə görüləcək işlərlə bağlı danışarkən deyib.
"Azərbaycanda hazırda 19 minə yaxın idmançı cüdo ilə məşğul olur. Bu da özlüyündə son iki il ərzində 50% artım deməkdir. Çünki 2022-ci ildə bu rəqəm 12 min idi. Gələcəkdə görüləcək işlərlə bağlı isə deyə bilərəm ki, əsasən üç istiqamətdə işləyəcəyik. Birincisi, cüdo ilə məşğul olan idmançıların sayının daha da artırılması. İkincisi, istedadların seçilməsi və inkişafı prosesinin təşkili. Son olaraq isə elit idman dediyimiz, yəni böyüklər arasında Avropa, dünya çempionatlarında nəticələrimizi stabilləşdirmək və 2028-ci il Olimpiya Oyunlarında kişilər arasında bütün çəki dərəcələrində medal uğrunda mübarizə apara biləcək rəqabətqabiliyyətli komanda yaratmaq.Yay Olimpiya Oyunlarına qatılacaq hər bir idmançımızın isə medal qazanacağına inanıram", - Rəşad Rəsullu qeyd edib.
Daha sonra o, mətbuat nümayəndələrinin suallarını cavablandırılıb.
Anar Həsənov
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin cüdoçusu Avropa çempionatından imtina edib
- Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
- "Halk" ləqəbli olimpiya mükafatçımız karyerasını bərpa etdi
- Cüdoçularımız Avropa Kubokunda komanda hesabında birinci yeri tutdular
- Cüdoçulardan ibarət milli komandamız Avropa kubokunda mübarizəyə başlayır
Rəylər