Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsinə baş çəkən Türkiyənin “TRT Spor” telekanalı baş məşqçi Qurban Qurbanovun və kapitan Rəşad Sadıqovun fikirlərini öyrənib.
Oxu.Az xəbər verir ki, Q. Qurbanov mövsümün ikinci yarısında onları gərgin mübarizənin gözlədiyini vurğulayıb:
“Komandada hər şey qaydasındadır. Futbolçulardan istədiyimiz performansı hələ tam ala bilməmişik. Amma zamanımız var. Düşünürəm ki, toplanışın sonunda hər şey istədiyimiz kimi alınacaq. Mövsümün ilk yarısı bizim üçün çətin keçdi. Bəlkə də qış fasiləsindən sonrakı dönəm daha çətin olacaq. Futbolçularımız hər məşqdə, hər oyunda çox diqqətli və ciddi olmalıdır”.
R. Sadıqov isə ikinci yarıda onları daha çətin oyunlar gözlədiyini söyləyib:
“Çempionatda çətin oyunlar keçirəcəyik. Əsas rəqibimiz “Neftçi” bizdən üç xal öndədir. Üstəlik, ilk oyunumuz da onlara qarşı olacaq. Yenə çempion olmaq istəyirik və sona qədər mübarizə aparacağıq. Yekunda necə nəticələnəcəyini Allah bilir”.
36 yaşlı futbolçu Türkiyə Super Liqasında lider olan “Başakşəhər”in çempionluğunu arzuladığını da bildirib:
“Bu mövsüm “Başakşəhər”in çempion olmağını istəyirəm. Çünki Abdullah Avcı buna layiqdir. Komanda şəklində də layiqdirlər. Onların çempionluğunu ürəkdən istəyirəm”.
Xatırladaq ki, Qurban Qurbanov daha əvvəl Türkiyənin “Haber Qlobal” kanalına müsahibə vermişdi. “Sabah” komandasının baş məşqçisi Elşad Əhmədov və kapitanı Cavid İmamverdiyev isə “TRT Spor”un mikrofonuna danışmışdı.
Rəşad Sadıqov: “Başakşəhər”in çempion olmasını istəyirəm - VİDEO
Rəylər