21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasında (U-21) yeni məşqçi təyinatı olub.
Oxu.Az xəbər verir ki, makedoniyalı Borçe Xristov U-21-in baş məşqçisi Rəşad Sadıqovun köməkçisi vəzifəsini yerinə yetirəcək.
Pro kateqoriyalı olan məşqçi Borçe Xristov daha öncə “Bakı” və “Qarabağ” klublarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəşad Sadıqovun U-21-dəki köməkçisi Aftandil Hacıyev “Səbail”ə baş məşqçi təyin olunduğuna görə bu post boş qalmışdı.
Səbuhi MUSAYEV
www.oxu.az