21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, martın 22-də Mitrovitsa şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qarşılaşma Adem Yaşari adına Olimpiya Stadionunda olacaq.
Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq. Beş oyuna 1 xal toplamış millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
S.T.
www.oxu.az