“Qarabağ” futbol klubunun keçmiş hücumçusu Reynaldo öz karyerasına İsveçrədə davam edəcək.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu “Adanaspor”la müqaviləni ləğv edərək İsveçrənin “Young Boys” komandasına keçib.
Xatırladaq ki, Reynaldo “Qarabağ” futbol klubun tərkibində üç dəfə Azərbaycan çempionu olub.
E.Ə.
www.oxu.az